Çərşənbə, 24.04.2024, 10:42
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » Aprel » 11 » Millət şairi Əhməd Cavad-Mən Türk övladıyam şeri (türkcəmizdə qoşuq).
10:33
Millət şairi Əhməd Cavad-Mən Türk övladıyam şeri (türkcəmizdə qoşuq).
MƏN TÜRK ÖVLADIYAM (ƏHMƏD CAVAD)

Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,
Sevinc bilməz bir məhkumam, ahu-zardır sirdaşım.
Damğa vurub, zəncirləyib tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər məskən olmuşdur bana.
Mənə dinmə, sus deyirsən, nə vaxtacan susacam,
Böhranların, hicranların, məhbəsində qalacam?
Niyə susum, danışmayım, insanlıqda payım var,
Mənim ana Vətənimdir talan olan bu diyar.
Niyə susum, danışmayım, Türk yurdudur bu torpaq
Oğuzların, elxanların Vətənində kimdir, bax!
Bu dünyada azadlığı şan şöhrəttən üstün tut,
Alçaqlığı, yaltaqlığı rəzilliyi sən unut!
Necə susum, danışmayım, mən eyləyim xəyanət?
Hanı sevgi, hanı Vətən, de harda qaldı millət?
Mən bir qulam, yerim altın, suyum gümüş, özüm ac,
Atam məhkum, anam sail, elim hər şeyə möhtac.
Mən Türk övladıyam, dərin ağlım, zəkam var,
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam.
Zülmə qarşı üsyankaram əzilsəm də susmaram!

Baxış: 624 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Aprel 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
252627282930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz