Çərşənbə axşamı, 23.04.2024, 12:11
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » İyul » 7 » Millət şairi Məmməd Araz - Araz üstə çinar gördüm.
02:14
Millət şairi Məmməd Araz - Araz üstə çinar gördüm.
ARAZ ÜSTƏ ÇİNAR GÖRDÜM

Araz üstə çinar gördüm.
Qoşa çinar.
Budaqları bir-birinə
dolaşan çinar.
Yarpaqarı bir-biriylə
öpüşən çinar.
İki titrək, iki güləş,
İki şən çinar.
Biri bir az gövdəlidir,
Bir az da uca,
Baxdım boyuna.
Bir az nazik, gödək çinar
Qısılıb ona.
Elə bil ki, lap təzəcə toy eləmiş
Cavandılar.
Necə oynaq, necə şıltaq
Mehribandılar.
Adamların gülüşündən nəğmə qaparlar.
Adamların gülüşünə nəğmə qatarlar.
Yarpaqların uşaq dilli şənlikləri var,
Yarpaqların uşaq əlli çəpikləri var.
Onlar sussa,
Pəncərələr
qulağına qulaq bağlayar,
Küçələrdə gediş-gəliş ayaq saxlayar.
Qucaqlaşıb ulduzları oxuyar onlar,
Bir-birinin qucağında yuxlayar onlar...
Araz üstə
Çinar gördüm.
Qoşa duran bir cüt çinar.
Gəlin çinar.
İgid çinar.
Baxdım, baxdım təbiətin,
Ağac adlı,
Qol-qanadlı
cüt heykəlinə.
Bir baltalı əl hardasa
qıcandı mənə.
Qorxdum, qorxdum onların bu
Sevgisini yaralayalar.
Budaqları, gövdələri, rişələri
Bir-birindən aralayalar.
Daha pisdir, - qırmasalar, -
Çinarların arasından
Arx qazalar.
Bu arx əvvəl
Kiçik olar, dayaz olar...
Sonra, sonra böyüyüb bir Araz olar...
Araz üstə
Çinar gördüm.
Qoşa çinar.
Budaqları bir-birinə
dolaşan çinar.
Xəyalımın üfüqündə görüş istədi
İki tənha pərişan çinar...
1967
Baxış: 578 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  İyul 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz