Çərşənbə, 24.04.2024, 09:30
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » İyul » 9 » Millət şairi Abbas Səhhət - Zəhmət çəkmə.
04:27
Millət şairi Abbas Səhhət - Zəhmət çəkmə.
Zəhmət çəkmə.

İki gözüm,millətçün zəhmət çəkib çalışma,
Yanıb millət oduna pərvanə tək alışma.
Nə gərəkdir türk dili,canım,gözüm bizlərə?
Biz uymuşuq həmişə gözəl-gözəl qizlara.
Gəl bulvara,passaja gecə-gündüz çıxalım!
Canalıcı marallar,löbətlərə baxalım!
Danışalım,alışıb düşünəlim,güləlim!
Dinləyəlim,söyləyib düşünəlim,öləlim!

"Ana dili gərəkdir",nahaq yerə bəhs açma,
Biz məhv olmaq istərik, yoldaşlıqdan heç qaçma,
Bizə təmiz insan tək ömür eləmək,yaşamaq,
Çox eyibdir türk adın bizə daim daşımaq.
Gəl gedəlim kef ilə meyxanəyə içəlim!
Həm mülkdən,millətdən,dinimizdən keçəlim!
Danışalım,alışıb düşünəlim,güləlim!
Dinləyəlim,söyləyib düşünəlim,öləlim!

Ana dili,qardaşım,bizə mütləq zərərdir,
......................................................
Nə edirlər qoy etsin,onlar bilər özləri.
Bizim kimi heç kimin açıq deyil gözləri.
Millət məslək,əqidə boş (bir) sözdür, ay canım.
Gəl kef çəkək hər gecə,ay başına dolanım.
Danışalım,alışıb düşünəlim,güləlim!
Dinləyəlim,söyləyib düşünəlim,öləlim!

Türk dililə tərəqqi etmək bizə məhaldır,
Mənfəət yox,boş şeydir,ancaq böyük zavaldır.
Millət üçün,məsəldir,ağlayan göz kor olar,
Çox yaç tökmə gözündən,bozbaş,piti şor olar.
Gəl gedəlim duxana,piyan olub qalalım!
Qeyrət ilə namusu satıb içki alalım!
Danışalım,alışıb düşünəlim,güləlim!
Dinləyəlim,söyləyib düşünəlim,öləlim!

Yaşamaqdan məqsəd həp kef çəkməkdir,vəssalam
Araq,çaxır,pivədir,borş yeməkdir,vəssalam.
Gəl girəlim biz sora xanımların qoluna,
Fəda edək hər şeyi məhvəşlərin yoluna,
Qövmiyyəti rədd edib,milliyəti atalım!
Mal ki mala yapışdı,canı-cana qatalım!
Danışalım,alışıb düşünəlim,güləlim!
Dinləyəlim,söyləyib düşünəlim,öləlim!

1912-ci il.
Baxış: 510 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  İyul 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz