Memmed Emin Resulzade:Tutacagimiz yol meqalesi. - 24 Сентября 2010 - OGUZTURK
Şənbə, 03.12.2016, 12:37
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2010 » Sentyabr » 24 » Memmed Emin Resulzade:Tutacagimiz yol meqalesi.
00:46
Memmed Emin Resulzade:Tutacagimiz yol meqalesi.
MƏMMƏD ƏMİN RƏSULZADƏ
TUTACAĞIMIZ YOL

(...)

Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün üç əsasa istinad etmək məcburiyyətindədir: Dil, din və zaman.

Dilcə biz türküz, türklük milliyyətimizdir. Binaən əleyh müstəqil türk ədəbiyyatı, türk sənəti, türk tarixi və türk mədəniyyətinə malikiyyətimiz məqsədimizdir. Parlaq bir türk mədəniyyəti isə ən müqəddəs qayeyi-amalımız, işıqlı yıldızımızdır.

Dincə müsəlmanız. Hər bir din öz mütədiyyunları arasında məxsus bir təməddün vücudə gətirmişdir ki, bu təməddün də bir beynəlmiləliyyət səbəbi təşkil edər. Müsəlman olduğumuz üçün biz türklər beynəlmiləliyyəti-islamiyyəyə daxiliz. Bütün islam millətləri ilə şərikli bir əxlaqa, dini bir tarixə, müştərək bir yazıya, xülasə, ortaq bir təməddünə malikiz. Qəlblər bir Allaha mütəvəcceh və dilimiz müəyyən virdlər və dualarla mütəzəkkir olduğundan bütün müsəlmanlarla şərik bir ruha sahibiz. Bu şəriklik islamiyyətə daxil olan zərərli təsirlərdən bizi mütəzərrir etdiyi kibi, bu yolda olacaq islahat feyzlərindən də bizi nəsibsiz qoymaz.

Zamanca da biz texnikanın (aliyyatın), elm və fənnin möcüzələr yaradan bir dövründəyiz. Türk və müsəlman qalaraq müstəqilən yaşamaq istərsək, mütləqa əsrimizdəki elmlər, fənlər, hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənasilə, zəmanə adamı olmalıyız.

Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, -zaman bunu iqtiza ediyor- mütləqa üç əsasa sarılmalıyız:
TÜRKLƏŞMƏK, İSLAMLAŞMAQ VƏ MÜASİRLƏŞMƏK!

Baxış: 223 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Sentyabr 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 446

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2016
Конструктор сайтов - uCoz