Çərşənbə, 24.04.2024, 04:08
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » Avqust » 27 » "Kitabi -Dədə Qorqud" dastanında milli yeməklərimiz.
15:34
"Kitabi -Dədə Qorqud" dastanında milli yeməklərimiz.
“KİTABİ-DƏDƏ QORQUD”EPOSUNDA MİLLİ YEMƏKLƏRİMİZ

Milli yeməklər maddi mədəniyyətin mühüm ünsürlərindən biridir. Azərbaycan milli yeməklərinin tarixi çox qədimdir.Milli xörəklərimizin zəngin kolleksiyası qədim yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud”da öz əksini tapmışdır. “Dədə Qorqud” dastanında Azərbaycan oьuzlarının qədim yeməkləri arasında tez-tez “ətmək” və “aş”-ın adı çəkilir. Dastanda“ətmək”sözü “çörək”mənasında işlədilmişdir. “Aş” sözü isə müasir dilimizdəki “plov” xörəyinin sinonimidir.
Azərbaycan oğuzlarının ət yeməkləri əsasən at,dəvə və qoyun ətindən,qismən ov heyvanlarından sı¬ğın və keyikin, ov quşlarından isə qaz və toyuğun ətindən hazırlanırdı. “Dədə Qorqud” dastanında ət yeməklərindən “şişlik”, “qovurma”, “qiymə” və “yəxni” haqqında məlumat verilir. Bu yeməklərdən “yəx-ni” istisna olmaqla, qalanları indi də Azərbaycanda geniş yayılmışdır. “Yəxni” XIX-XX əsrlər¬də yal¬nız Qarabaьda qalmışdır. Naxçıvanda “yaxnıkeş”adlı xüsusi boşqabların mövcudlugu bu yeməyin həmin bölgədə də yaxın vaxtlaradək qalmasını sübut edir.“Yəxni”yağlı qoyun ətindən “qovurma” qaydasinda bişirilir.Ət bişənə yaxın qazana yuxa doğrayır və duz səpib qarışdırırlar.Çörək ətin suyuna həll olanda xörək hazır sayılır. “Yəxni” xörəyini çörəksiz yeyirdilər. Azərbaycan oğuzlarının süfrəsində süd məhsul-larından“qatıq”, tərəvəz bitkilərindən “soğan” və “sarımsaq”da olurdu.
“Dədə Qorqud” dastanında içkilərdən tez-tez “al şərabın” adı çəkilir.Azərbaycan oğuzları üzümdən эözəl şərab hazırlayırmışlar və oğuz igidləri şərab içməyi xoşlayırmışlar.
Azərbaycan milli yeməklərinin tarixi kökləri və fərdi keyfiyyətləri təsдiq edir ki, Azərbaycan mətbəxi dünya xalqlarının mətbəxləri arasında layiqli yerlərdən birini tutur.
Mürsəlova Günay
Bakı Slavyan Universiteti
Фilologiya fakültəsi
407-ci qrup tələbəsi
Baxış: 868 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Avqust 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz