Cümə, 19.04.2024, 01:59
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » İyul » 16 » İsmayıl Cəmili - Ana dili.
14:26
İsmayıl Cəmili - Ana dili.
Ana dili

Biz varıq varsa vətən, var isə doğma dilimiz

Öyrənib bilməlidir öz dilini ellərimiz

Ana tək candan əzizdir ana torpaq, ana dil

Hörmətin saxla yaşarkən analar qədrini bil

Vətənin kimliyidir, varlığının daş təməli

Kimliyin bayrağıdır hər balanın doğma dili

Ana dildir bəzəyən duyğuların oylağını

Süsləyən arzuları, sevgi sevincin bağını

Bülbül öz doğma dililə gülə söylər sözünü

Hər gül öz rayehəsilə tanıdar öz özünü

Ana dildir daşıyan laylaların can dadını

Ana dildir yaşadan evladının öz adını

Ana dildir elinin tarixi, aydın tanığı

Yurdunun, ölkəsinin, aynası sönməz çırağı

Ana dildə ananın sevgisi ətri dadı var

Ana dildə vətənin şanlı şərəfli adı var

İsmayıl Cəmili - Fevral 2006
Baxış: 580 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  İyul 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz