Çərşənbə, 24.04.2024, 06:16
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » Noyabr » 8 » Əhmad Cavad - Yol ver Türkün bayrağına.
11:45
Əhmad Cavad - Yol ver Türkün bayrağına.
«Yol ver türkün bayrağına! »
Əhməd Cavad

Əyiləcək səcdə ilə
Cahan türkün bayrağına;
And içəcək, gəlib dilə
Hər yan türkün bayrağına!

Deməyin ki, sadədilik,
Varlığımız çilik- çilik,
Yazılıbdır əbədilik
Üsyan türkün bayrağına!

Tanrı verib rizasını,
Bol eləyib qəzasını;
Qanla qoyub imzasını
Sultan türkün bayrağına!

Gedəmməzdi mürgüsüylə,
Yarandı can vergisiylə,
Doğdu ölüm süngüsüylə
Bu dan türkün bayrağına!..

Ələklərdən ələnmişdir,
Azadlığa bələnmişdir,
Haqq əliylə çilənmişdir
Bu qan türkün bayrağına!
Baxış: 913 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Noyabr 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz