Cümə, 29.03.2024, 12:35
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2013 » Noyabr » 17 » Əhməd Cavad: Dilimiz qoşuğu.
23:41
Əhməd Cavad: Dilimiz qoşuğu.
Əhməd Cavad: Dilimiz qoşuğu.

Baxaq dilimizə nələr görünür:
Oxuyub anlamaq yazmaqdan gücdür.
Yazan düşünmədən yazsa da belə,
Oxucu beş-on gün gərək düşünə.
Ki, anlasın bu söz ərəbmi, farsmı?
O ki qaldı məna… anlayan hanı?
Çoxları anlamaz millətin aydın,
Bircə parçasını şair yazanın
Gün oldu şairlər göyə çıxdılar,
Bu yazıq millətə ordan baxdılar.
“Od” yetmədi, yağdı “atəş” başına,
“Siyah” qondardılar “qara” qaşına.
Alınır “dil”ləri “zəban” verilir,
İsmarlanıb “baran” “yağmur” kəsilir.
“Ağ”ları “bəyaz”a, “sarı”sı “zərd”ə,
Dözdü, can dayanmaz bu ağır dərdə.
Dəyişdi hər şeyi, “bum” oldu “bayquş”,
“Əlbisə” geyildi, “paltar” qaldı boş.
“Düzlüy”ün yerində bir “istiqamət”
Görərək, yeməli zənn etdi millət.
Çalındı “qardaş”ı, gəldi “bəradər”,
“Bacı”nın yerində “həmşirə” gəzər.
Nədir bu qiyamət, nə işdəsiniz?
Ey bizim qocaman ədiblərimiz.
Yaxasından tutub bu “el oğlu”nu
Fars ilə ərəbin bir “həmvətəni”
Şəklinə soxdunuz, baxınız sonra,
Oxunacaq lənət belə yazana

12 aprel 1913-cü il.
Baxış: 1528 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Noyabr 2013  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
252627282930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz