Şənbə, 20.04.2024, 03:18
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2010 » Sentyabr » 30 » Elisa Nicat:Nadir sah Efsar.
23:48
Elisa Nicat:Nadir sah Efsar.
Əlisa Nicat

yazıçı-filosof

Nadir şah Avşar (Nadirqulu xan) 1688-ci il oktyabrın 22-də Xorasandakı Dərəgöz adlanan yerdə doğulub.O,Türk Avşar boyunun Qırxlı qoluna mənsub idi.Atası obanın çobanı idi.O,uşaq yaşlarından atasının yardımçısı olmuş,sonralar isə onu əvəz etmişdi.
Bir gün artıq yeniyetmə olan Nadir sürüdən 700 qoyun götürüb Məşhəddə satdı.Bir neçə sələmçilərin karvanını soydu.Bu yolla pulunu və dəstəsini artırdı.Sorağı yan-yörəyə yayıldı.Nadirin fəaliyyətə başladığı bu illərdə Azərbaycan,Səfəvilər xaqanlığı ən ağır günlərini yaşayırdı.Həmin illər Səfəvilərdə aşağıdakı siyasi olaylar baş vermişdi.Səfəvilər iqtisadi,siyasi,özəlliklə ordu sarıdan elə bir duruma düşmüşdülər ki,bütün xaqanlığı fəth etmək üçün kiçik bir həmlə yetərli idi.


Sultan Hüseynin şah olmasına baxmayaraq ölkəsinin hər oymağında bir bəy ağalıq edirdi.Bundan yararlanan Xalacların Qılzay qolundan olan Türklər Gülnabad vuruşmasında Qızılbaşları yendilər.Səfəvilər 700 döyüşçü və 24 top itirdilər.Qılzaylardan isə yalnız 131 nəfər öldürüldü.Xoşbəxtlikdən Qılzaylar Qızılbaşları izləmədilər.Çünki onlar Qızılbaşların onları tuzağa düşürmək üçün qaçdıqlarını düşünürdülər.Qılzaylara keçmiş Səfəvi təbəəsi Mir Mahmud başçılıq edirdi.Gülnabad qəsəbəsindən sonra o,Xorasanı alıb İsfahana saldırdı.Qızılbaş şahı özü dirənişlə qarşılaşıb mühasirəyə düşdü.Şəhərin ağır durumunu görən Sultan Hüseyn Mir Mahmudla danışığa girməyi qərara aldı.Çünki camaat aclıqdan şəhərdəki itləri kəsib yeyirdi.Mühasirə 8 ay sürdü.
Sonunda,1722-ci il noyabrın 23-də şah Sultan Hüseyn bütün ailəsi ilə Mir Mahmudun düşərgəsinə gəlib təslim aktına qol çəkdi.Bu,bölgədəki Türklərin tarixindəki ən ağır günlərdən biri idi.Şah özü öz əliylə tacını götürüb Mir Mahmudun başına qoydu.Mir Mahmud şah olsa da şahzadə Təhmasib durduqca onun şahlığının yasalara uyğun olmadığın bilirdi.Təhmasib bu çağda Qəzvində idi.Mir Mahmud ən yaxın yardımçısı Əmənulla xanı 8 minlik qoşunla Qəzvini almağa göndərdi.O,şəhəri qəfil yaxaladı.Savunmaya hazır olmayan əhali dirənişsiz təslim olmalı oldu.Ancaq karvansaralarda,inzibati evlərdə yerləşən Qılzaylar elə soyğunçuluğa başladılar ki,xalq daha dözə bilməyib sui-qəsd hazırladı.Qəfildən saldırıb 4 min Qılzayı bir gecədə qırdılar.Qalanları da güclə qaçın canlarını qurtardılar.Bu yeniliyi eşidən və qaçqın döyüşçüləri görən Mir Mahmud şəhərin adlı-sanlı adamlarını və şahın qohum-əqrəbasını qonaqlığa çağırıb hamısını qılıncdan keçirtdi.Şahın yalnız xəstə oğlu Mirzə Səfiyə və körpə uşaqlarına aman verdilər.Bununla yetinməyib şəhərdə olan 3 min Qızılbaş döyüşçüsünü də qırdılar.Bu xəbər bütün Səfəvi xaqanlığını həyəcana gətirdi.Gecələrin birində taxt-tacın varisi şahzadə Səfi İsfahandan bəxtiyari boyunun yanına qaçdı.Bunu eşidən Mahmud iki-üç körpəni çıxmaqla şahın bütün ocağını qılıncdan keçirtdi.
Elə bu çağda Mir Mahmudun yaxın qohumu Əşrəf xan ortaya çıxdı.Əşrəf xan güclü qoşunla İsfahana saldırıb şəhəri aldı.Mir Mahmud qaçdı.Əşrəf xan daha hiyləgər idi.O,şahlıq tacını Sultan Hüseynin ayaqları yanına qoyub yasalarca tanınmış tacını daşımağı həvalə etdi.Sultan Hüseyn isə bunu hiylə sayıb taxtdan boyun qaçırtdı.
Bu çağda Türklərin bu durumundan istifadə edən Osmanlılar Tiflis-Gəncə və Təbrizədək olan torpaqları fəth etdilər.1725-ci ildə Səfəvilər görün necə durumda idi:Əşrəf xan Səfəvilərin güney və orta bölgələrini,Osmanlılar Həmədandan Tiflisədək geniş torpaqları,ruslar isə Xəzərboyu oymaqları tutmuşdular.Yalnız Mazandaran oymağı şahzadə Təhmasibin əlində qalmışdı.
Osmanlılar 70 minlik ordu ilə qəzvinə doğru saldırdılar.Ancaq təəccüblü olsa da Osmanlılar öz keçmiş yenilməzliklərini onca itirmişdilər ki,1725-47-ci illərdə iki dəfə Əşrəf xan tərəfindən ağır yenilgiyə uğradıldılar.
Bütün bu illərdə gənc Nadir güc toplayırdı.İndi onun başında artıq 6 min say-seçmə Türk vardı.O,öz gücüylə ağır gündə olan yurdunu qurtarmaq üçün Təbəristan oymağının Astarabad şəhərində olan şahzadə Təhmasibin hüzuruna gəldi və qılıncına and içdi ki,Qılzayları və özgə işğalçıları eldən qovub Təhmasibi taxta oturdacaq.Gözləri yaşaran şahzadə Nadiri qucaqladı və bildirgi yaydı ki,ona öz adını,Təhmasib adını verir və onu bir növ özünün ikinci məni sayır.Nadir həmin gündən Təhmasib xan adlanmağa başladı.Bu çağda artıq Sultan Hüseyn yox idi və Təhmasib şah seçilmişdi.
Nadir ilə Qılzayların elə ilk toqquşmasında Əşrəf xanın qoşunu basqıya dözə bilməyib qaçmağa üz qoydu.Nadir onları izləyib çoxunu qırdı.O.Qılzay tümənbaşısı Seydalın başçılığı ilə Bəndər-Abbasa çəkilən 10 minlik ordusunu izləyib onlara nəfəs dərməyə imkan vermədi və dincəlməyə hazırlaşan yerdə çatıb demək olar ki,hamısını qırdı.Seydalı Qəndəhara qaçıb güclə canını qurtardı.Nadirin elə ilk uduşundan sonra Türklər hər yandan dəstə-dəstə yanına axışmağa başladılar.Hətta Qəzvində olan 6 min Qılzay Türklər döyüşçüləri də Nadir şaha xəbər yolladı ki,onlara aman verilsə,onun qoşununda vuruşmağa hazırdırlar.Nadirin onların istəyini yerinə yetirdi.İşi belə görən Əşrəf xan öz arvadlarını var-yatırı ilə birlikdə alıb ona sadiq olan 10 minlik qoşunuyla Qəndəhara çəkildi.
Nadir Təhmasib şahla birgə təntənəylə 7 illlik ayrılıqdan sonra başqalaya-İsfahana vardılar.Ancaq Təhmasibdən çox elin dilində Nadirin adı dolaşırdı və hər yerdə onu Türkün qurtarıcısı sayırdılar.
1730-cu ildə Nadir öz igidləri ilə Qılzayları biryolluq əzmək üçün Qəndəhara sarı yeridi.Bunu görən Təhmasib şah da elin gözündə qəhrəman olmaq istəyib həmin günlərdə Osmanlılarla döyüşə girdi.Təbii ki,heç bir döyüşçülük başarığı olmadığından iki kərə ard-arda yenilgiyə uğradı.Üçüncü kərə böyük səfərbərlik sonucunda yensə də itirdikləri onca böyük idi ki,tələsik Osmanlılarla barış imzalamağa məcbur oldu.Ancaq bu necə barış idi? Türklər bütün Gürcüstanı,İrəvan xanlığını,Təbrizlə birlikdə bütün Azərbaycanı Osmanlılara verməyə məcbur oldular.
Bu anlaşma 1731-ci ildə imzalandı.Rüsvayçılıqla paytaxta qayıdan Təhmasib eyş-işrətə başladı və hakimiyyəti bütünlüklə vəzir və xacələrə tapşırdı.Rüsvayçı anlaşmaya və əyyaşlığa görə Nadir Təhmasibi dönük adlandırıb onun taxt-tacdan məhrum edildiyini bildirdi.Və elə həmin il şahın 6 aylıq oğlu Abbası şah,özünü isə onun qəyyumu elan etdi.Təbii ki,Nadirin şanı və qüdrətinə görə heç kim ona söz deyə bilmədi.Çünki hamı onun haqlı olduğunu görürdü.Nadir qoşunu toplayıb o andaca Osmanlılara qarşı savaşa başladı.
18-ci yüzildə artıq Osmanlı imperiyasının günəşi batmaqda idi və onun artıq nə Yavuz Sultan Səlim təkin sultanları,nə də əskisi təkin yeniçəriləri vardı.
Buna görə Nadir şah Gürcüstanda,Təbəristanda,İraqda onları 1733-34-cü illərdə dörd kərə onları əzdi və özəlliklə sonuncu toqquşmada Osmanlı ordusu demək olar ki,tamamilə yox edildi.
Beləliklə,1735-ci ildə yurdu yadlardan arıdan döyüşçü kimi Nadir İsfahana girdi.Artıq onun Türk şahı olduğu bir gerçək idi.Ölkədə əmin-amanlıq bərpa olunmuşdu,ulus dinc əməyə başlaya bilərdi.Ancaq xəzinə və ulus demək olar ki,vardan-yoxdan çıxmışdı.Taxt-tacın varisi Abbas xəstələnib öləndən sonra Nadir Azərbaycanda-Muğan düzündə əski Türk yasalarına uyğun olaraq 1736-cı ilin fevralında qurultay çağırdı.Burada toplaşanlar bəylərbəyiləri,xanlar,döyüşçülər onu şah seçdilər.
Bundan sonra Nadir şah yoxsul,ancaq inamlı,dözümlü,qorxmaz Türk döyüşçüləriylə ağlasığmaz bir yürüşə-böyük Hindistanı tutmağa yollandı.Heç bir hərbi texnikası,uzun döyüş ənənəsi və təcrübəsi olmayan yeni bir qoşunla min kilometrlərcə yollar yürüyüb sonsuz və əski xanədanları tutmaq üçün Tanrının nə qədər böyük vergisinə-dözüm və döyüşçülük bilgəliyinə malik olmaq gərəkdir,Tanrı bilir.
Nadir şah ölkələri ala-ala Qəndəhar və Pişəvəri keçib,Attok və Cəlum çaylarını adlayıb 1738-ci ildə Lahoru tutdu,sonra isə Moğol Türk xaqanı Məhəmmədi Karnalada ağır yenilgiyə uğradıban Dehliyə gəldi.1739-cu ildə Dehlini aldı.Və beləliklə,İraqdan,Dəmirqapı Dərbənddən Kəşmir və Dehliyədək ucsuz-bucaqsız bir elin elxanı oldu.Nə Rusiya,nə Osmanlı,nə də Asiya ölkələri səsini çıxarda bilmirdi.Nadir saysız vardan,karvanla yüklənmiş daş-qaşdan başqa 3 milyard hind gümüş rupisi ilə yurda qayıtdı.
O,ulusunu üç illik vergidən azad etdi.Ölkəsini Dəmirqapı dərbənd,Xorasan və Şiraz paytaxt olmaqla 3 bəylərbəyliyə böldü.Ölkənin yönəldiminə başlıca olaraq hərbi öyüdçülər-mollabaşılar və qazisgərlər cavabdeh idilər.1741-ci ildə baş vermiş faciəli olay Nadir şahın insanlara olan inamını tamamilə qırdı.Onun oğlu Rzaqulu yağılarla əlbir olub atasına qarşı qurulan sui-qəsdə qatıldı.Qəsdin üstü açıldı və Nadir şah hamısını cəzalandırdı.O gendən onun buyruqları daha sərt oldu.
1741-ci ildə Nadir şah Dəmirqapı Dərbəndə gəldi.Burada o,Şagila obasında öldürülmüş qardaşının qanını almaqdan ötrü Qafqas dağlarının əlçatmaz qayalıqlarında mağaralarda gizli yaşayan vəhşi dağlı xalqlarını cəzalandırmağı qərara aldı.Nadir əlini qılıncına apardı və Tanrı yasasını pozan alçaqları axtarmağa getdi.
Nadir şahın düşərgəsində olan Leon monarxı Daminan öz məktubunda belə yazırdı:”Şah Qafqas dağlarının bütün xalqlarını boyun əydirdi.O,keçilməz dağ çaylarında düz 200 min döyüşçü itirdi,ancaq Qafqas xalqlarını diz çökdürdü”.
Nadir şah yasalara bağlı idi,satqınlara o andaca ölüm cəzası kəsirdi.Buna görə özbaşınalığa alışmış boylar çox vaxt ayaqlanırdılar.Bəxtiyari boyunun bu cür ayaqlanışı 15 gün çəkdi və qan su yerinə axsa da Nadir şah başqaldıranlara,üzünə ağ olanlara baş əyməyi öyrətdi.O,yurdundakı Türklərlə Osmanlıdakı və başqa yurdlardakı Türklər arasında var olan anlaşılmazlıqları görüb aradan qaldırmaq istədi.Bunun üçün Cəfəri təriqətini yayaq buyruğunu verib şiələr ilə sünniləri qardaş edəcəyinə söz verdi.Ancaq onu başa düşmürdülər.Belələrindən biri də onun Seystan oymağına bəy etdiyi Fətəli xan idi.O,yüz min qoşun toplayıb Nadir şaha qarşı baş qaldırdı.Fətəli xan öz gücünə onca inanırdı ki,özünü Səfi şah adlandırıb adına pul kəsdirdi.Nadir şah ermənilərin dirənişçilərlə gizli bağlantısına görə qraf Arutyun Şarilyanı tonqalda yandırtdı.Onun dörd yanı satqınlarla dolu idi.Çünki Nadir şah rüşvətin,özbaşınalığın kökünü kəsmək istəyirdi.Bu isə minlərcə vəzifəli alçağın yox olmasına tay idi.Buna görə öz qardaşı Əliqulu xan da ona qarşı baş qaldırdı.Ancaq yağılar açıq savaşın anlamsızlığını görüb niyyətlərini gizli gerçəkləşdirməyə başladılar.Bununçün satqın da tapıldı.Şahın özəl alayının başçısı Saleh bəy Avşarı ələ aldılar.
Nadir şah Seystana,ayaqlanmanı yatırmağa gedərkən 1747-ci il iyunun 20-də Xorasanın Xabuşan oymağının Xoşab obasında yataqda yuxuda ikən alçaqcasına öldürüldü.Və bununla Türklərin gələcək uğursuzluqlarının,acılarının özülü qoyuldu.

Baxış: 3362 | Əlavə edib: Oguzturk | Reytinq: 4.7/3
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Sentyabr 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz