Şənbə, 20.04.2024, 02:03
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2010 » Sentyabr » 30 » Deyerli yazicimiz Elisa Nicatin turkluyumuz barede yazisi.
02:52
Deyerli yazicimiz Elisa Nicatin turkluyumuz barede yazisi.
Əlisa NİCAT

yazıçı-filosof

Dünyada hələ tarix yox idi.Tarix səni gözləyirdi.Ancaq sən Afina Pallada kimi qılınclı-qalxanlı doğuldun.

Hardan yürüşə başlamısan?

İlk yayın harda dartılıb,ilk oxun harda vıyıldayıb?

Axı Sarı dəniz sahilindən Atlantika sahillərinə təkin torpaq hər yerdə sənin keçmişini,sənin hünərini örtüb.Heç yerdə torpağa toxunmaq olmur.Hər qarış yerdən sənin qılıncın,sənin qəzəbin çıxır.

Hərdən yorğun yay axşamlarında,soyuq qış günlərinin dadlı mürgüsündə gözlərimi yumub sənin ilk yürüşünü təsəvvürümdə canlandırmağa çalışıram.

...Tarixin uzaq alatoranında Altay dağlarının cənub ətəklərində səfalı yaylaqlar,yaşıl düzənliklər diyarında günlərin bir günü igidlər gördülər ki,babaların ulu yurdu-ata-baba ocağı artıq onların ilxıları,sürüləri üçün çox darısqaldır.

Bir səhər Dədə günəş doğanda boy başçıları Qobi Altayının üstünə çıxdılar.Qaplanlar düzünə iynə atsan yerə düşməzdi.Türk boylarının başçıları,ərənləri halay vurub toplanışa çıxmışdılar.

Ulu qam-şaman Qarabuludun çağırışlarıylan bütün igidlər üç dəstəyə bölündülər.Sonra xanlar xanı Bayandur xan irəli çıxıb hayqırdı:

-Ərənlər!Ucsuz-bucaqsız bilinməz torpaqlar,düzənlər bu gündən sizi gözləyir.İkicə sözüm var sizə.Nəsil-nəsil unutmayın bu sözləri,min-min illər unutmayın.

Bilin,harda,hansı elin torpağına qarışarsa bircəniz,demək ora yurdunuzdur.Əgər işdir,harda isə dara düşdüz,qorxmayınız,bilin gec-tez ulu yurdun,ana yurdun təzə-təzə igidləri qanınızın izi ilən,sorağıylan yağıları yara-yara,qıra-qıra dalınızca gələcəklər.İndi gedin!Uğur olsun!

Gedin!Bəbir dərisi geyənlər günbatan tərəfə.Ayı dərisi geyənlər quzey tərəfə.Qurd dərisi geyənlər də gündoğan tərəfə.

Ondan sonra ulu qam Qarabulud igidlərə belə dedi:

-İkicə sözüm var sizə.Harda olsaz,unutmayın dilinizi.

Əgər heç vaxt unutmasaz dilinizi,heç bir yağı bükə bilməz qolunuzu,qıra bilməz belinizi.Gec-tez artar,çoxalarsız,əvvəl-axır gələr zaman,gündoğandan günbatana bütün dünya sizin olar.Haydı,gedin,uğur olsun!

Beləcə tarixə bəlli olmayan,dünyanın unudulmuş səhərlərinin birində Türklər dünyanın iqlimlərinə yayıldılar.Bu böyük köç,bu əskidən-əski yürüş yüz illər,min illərlən çəkdi.Onlar hər yerdə evlər tikib şəhər saldılar.Mədəniyyət və sivilizasiyanın ocağını qaladılar,ancaq qarşılığında göylər onların üstünə bəla göndərdi.Dünyanın hər yerində yurd salıb,at ilxıları,mal-qara və qoyun-quzu sürüləriylən varlı yaşam sürən Türk boyları içərisinə qırğın düşdü.Soy soylan,boy boylan,şəhər şəhərlən ölüm-dirim savaşına başladı...

Sənin döyüşçülüyün,sənin dəliqanlılığın səninçün fəlakətə döndü.Min illər boyunca o qədər özünü qırdın ki,başqaları çoxaldı,sonucda,sən min illərlən ağa ikən axırda qul oldun.
Sənin keçmişini yer altından çıxarıb muzeylərə daşıdılar.Orda isə zorlan,güclən özəlləşdirdilər.

Bəs sən hardasan?Səsin səslər içində batıb.

Hardasan,ey atlarının kişnərtisi min illərlən Avrasiyanın düzənlərini dolduran qəhrəmanlar soyu?

Tarixin hansı amansız burulğanına düşmüsən?Ey xaqanları taxta çıxarıb taxtdan salanlar övladları,günəşin əbədi batdımı?

Axə tarix səni gözləyir.Tarix çürüyür,tarix can verir.O həmişə bu günə düşəndə sən yardıma gəlmisən.

Hansı köləlik şərabı məst edib səni?

Onda dinlə,sənə bir tarix danışım,həqiqətdən çox nağıla oxşayan bir tarix.Bəlkə bu səni oyada.

Baxış: 679 | Əlavə edib: Oguzturk | Reytinq: 1.0/1
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Sentyabr 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz