Nə yaxşı ki,istiqlalım,Rəsulzadə Öndərim var, Nə yaxşı ki,Türk deyənim,yenilməyən Cavadım var, Nə yaxşı ki,sevgi dolu,mesum üzlü Müşfiqim var, Nə yaxşı ki,Allah deyən,Türkəm deyən ürəyim var.
Nə yaxşı ki,cəhalətə qarşı çıxan Sabirim var, Nə yaxşı ki,nəğmə dolu Üzeyirim,muğamım var, Nə yaxşı ki,Əlimərdan,Yusifbəyli,Xoyskim var, Nə yaxşı ki,Turan adlı amalım var,cığırım var.
Nə yaxşı ki,Çobanzadə,Salman Mümtaz,Sanılım var, Nə yaxşı ki,"İblis"ilə üsyan edən Cavidim var, Nə yaxşı ki,əyilməyən Xudadat bəy generalım var. Nə yaxşı ki, sevdasına doymadığım vətənim var! Ceyhun Avşar