Şənbə, 20.04.2024, 08:48
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » Aprel » 22 » Aydın Tağı oğlu-3-cü baxışla ;Milli Hərəkətin sonu (qısaldılmış)
01:25
Aydın Tağı oğlu-3-cü baxışla ;Milli Hərəkətin sonu (qısaldılmış)
3-cü baxışla ;Milli Hərəkətin sonu (qısaldılmış)

Bildiğiniz kimi ,Türk milləti ,özəlliklə Azərbaycan xalqi , çox fərqli bir karakter düzəlişinə sahibdirlər,vətən,namus,topraq,din,birlik,bayraq və.. sivgisi ,başqa uluslarin qiyaslamasinda daha çox özünə yer ayirtmiş.

Bu özəlliyə sahib olduğumuzu ,düşmən ,bizdən daha çox anlıyıb və bəzən onun gücsüz tərəfindən hücümə başlar.İndiki durumda hərəkətimiz çox normal səviyədə güclənməyə yol almiş və öz yerində ,dünyanin ən gözəl və fərqli hərəkət quruluşuna sahibdir.Fərqli olan durum isə onun - mədəni ,milli ,demokratik ,sekular və.s. olmasidir.Çox səssiz və yavaş ama güclü ilərləməsi ilə birliktə ,düşmən onun zəif tərəfindən dərin yaralar açmaya başlayir.

Düşmənin tərifində Nihal Atsizin sözünə dayanaraq , geçmişdəki ,indiki və gələcəkdəki duşmənləri demək istəyirəm.Bizim indiki durumda ,təəssüf ki, hər üçü də bu zamanda ,iş birliyi var və 3 tərəfdən də bizə hücum olunur.

Milli Hərəkətin sahib olduqlari və onu gücsüzləndirən nöqtələr və millətin inancinin və güvəninin itirilməsi və ayrilmasi.Bu nöqtələr :

1-Bağimsizliq və onu bağımlı etməyə çalışanlar.

2-Demokratik olması və onu qeyri demokratik göstərənlər.

3-Mədəni savaşmaq və gözəl döyüş kültürü ,ki onu silahlandırmağa yön verənlər var.

4-Sekular olduğu və bu durumu hədəfli reklam edənlər var ki ,onu dinsizliyə götürən yola sövq verirlər.

Daha çox yerdən zərər aldiğimiz sözlər var ama mən bu 4 nöqtənin önəm daşıdığına inanıram.

***

Açıqlama :

1-Milli hərəkət necə bağımsiz ola bilər və necə bağimlı olariq və bağimli olmağın verə biləcəyi zərərlər :

Dünyadakı hərətklərin içində bağımsız ilk hərəkətlərdən birinə sahibik .Örnək olaraq kürdlərin hərəkətinə baxarsaq ,görərik ki ,Amerika və İsrail kimi ölkələrin istismarına və istimalına uğramış və oyuncaq rolu daşıyan bir siyasi örgütlə üz -üzə gələrik ki, hər zaman öz istəklərində olan protesto və ya savaşın sonunda ,başqa güclərin hədəf əbzari olmuşlar,amma sonucda yarım qalmış və üzü qaraldan bir duruma sahib olmuşlar.Bizdə isə belə bir durum yox ,ama bir an düşünəlim,bu kimi durumlar bizim hərəkəti hara götürə bilər.Bu arada ,Milli Hərəkətimizi ,hər hangi bir güc,təşkilat ,TV ,qazete ,site və.s.. bati ya doğu siyasətini və teknolojisini və uğurlarını reklam etməklə ,kültürəl bir barışmaya yön verərlər ki, sırf qüdrət,güc və lobbiçiliyi ,öz mənfətləri əsasında ələ keçirsinlər .

2-İndiki zamanda ,siyaset dünyasında çox eşitdiyimiz sözlərdən biri isə Demokrasi və Demokratik kelimələridir.Ələ keçirə biləcəyimiz zəfər yolunda çoxlu tutsaq,yaralı və Şəhid vermiş bir millətik ,ama bu qutsamaya dəyər işləri və insanların sözlərini və ələ aldığı bayraq və yolu yoxa çıxardan və haqsız göstərənlər də var,bu insanlar təmamilə ayrimciliq və bölücülük siyasətini yeridirlər və verdiyi şuar isə demokrasidir,amma nəyin uğrunda !?!?neçə Şəhid və Məhbuslarin haqqını əzərək və ya yox sayaraq mı?!

Bu şəxslər(media yönəticilər : TV,Site,qazet,təşkilatlar və .s.. ) öz sıralarında ,kimsənin düşüncəsini dinləmədən ,danişmadan ,Millət adina bəzi qərarlar verirlər .Millət adına və onun xeyrinə ala biləcəyi bu qərarlarö düşünənlər ,demokratik deyil bəlkə tam bir diktatorluq sistemini əllərində var olan imkanlar vasitəsi ilə və ən önəmlisi MİLLƏTİN güvənini qazandıqlari üçün ,uyğulamaqdadirlar.Buna bənzər bir durumu İran hakimiyyətinin tərəfindən Amerikada yayınlanan fars anti hakemiyyət mediyalarında şahid olmuşduq ki, millətin inancını dadmaq və sonra xəyal qırıqlığına uğratmaq uçundu.Bu kimi işlərin içində və arxasında böyük teorisiyənlər ,oyuncular və aldadanlar çox var.

Demokrasi adina əldə var olan imkanlar vasitəsi ilə ,bəzi millətçiləri,siyasətçiləri ,təşkilatları və..s. ,başqa bir inasanları köprü olaraq qullanıb və diyər tərəfi əzməyə və infiala çəkmək istəyirlər və sonunda millət adına bir hökm və qərar verir ki ,kimisi satqin və xaindir və kimisi isə vətənpərvər və millətçicir.

3-Önəmsəməyə dəyər qonulardan biri isə Mədəni və qeyri teroristi bir savaşdir.Xatirlatmalıyam ki hər hangi bir silahlanma və teroristi bir hərəkət Azərbaycan Milli Hərəkətini yoxuşa sürükləyə bilər.Bəzən eşidirik ki, Kürd tehlükəsi var və onun topraq savaşında Azərbaycan ərazisi onun xəritəsində yer almasi kimi sözləri var və bu arada bəzi qruplar təkcə çixiş yolunu silahlanmaqda və qanli savaşda görürlər.

Bu düşüncəni yayğınlaşdıran və inandirmaya çalişan Amerika və İsrail kimi güclər ,Pul ,Güc,Lobbiçilik və başqa maddiyyatinin sözünü verməkdə olan güclər ,Orta doğuda təkcə silah satmağa və ortaliğin hökmüdari olmaq üçün bu siyasəti yeritməkdə.təəssüf ki onlarin bizə inandırdıqları daha güclü olur və nədəni isə Amerikanin güclü mediasi və bizim millətin vətən sevərliyindən gələn topraq sevgisi və ondan gələn qorxusudur.

Xəritədən Filistinin silinməsi ,İraqda kürdlərin güclənməsi və Türkiyənin 2016 -da bölünmə təhlükəsinin təhdidi də bu qorxunu bizdə yarada bilər ,amma Amerikanin istəyi başqa bir şeydir.

Haqsiz yerə paniklənmə və istres ,bizi doğru olmuyan yola qoya bilər.birisi topraq sahibi olmuyan yerdə topraq ala bilməz və birisidə topraq sahibi olduğu halda ,onun sahibi qalacaqdir,bunu tarix boyu görmüş və oxumuşuq,haq olan qazanar ama silahla ,zorla ,bağli olmaqla yox! Haq ikən ,özümüzü haqsiz duruma qoymuyaq !

Anlatmaq istədiyim ,birisinin silah satma və orta doğuda güc sahibi olmağ uçun və birisinin güc maraği olduğu uçun ,Alət olmuyaq.bu yolda gedən hər şexs ,təşkilat və media ,sirf öz şəxsi maraqlari uçun çalişir və belə olmasada ,gördüğü və tutduğu yol ,milli hərəkəti pis duruma sala bilər.

4-çox yavaş və yumşaq gələn bir dalqa daha var,dinsizlik və ondan qorxuncu ,dinə qarşi savaşmaq dir.

Bildiğiniz kimi son zamanlarda dinə qarşi çox böyük bir savaş açilmiş və təssüf ki Aydinlarimizin böyük qismida bunu daha çox bəyənir.din bir şexsi inancdir və siyasetden uzaqlaşmasi tam doğru bir yoldur ama siyasetlədə dini aradan aparmaq və dinə inanlari hərəkətin eşiyində qoymaqda çox yanliş və zərər verici ola bilər.dindən ,sirf milli hərəkət əsasinda və mədəni istəklərimiz için nifrət etməyimiz və ona qarşi tutumumuz ,İran çerçevesində ,özəlliklədə Azərbaycan bölgəsində İran hakimiyyətinə faydali olur.milli hərəkət elə olmalidir ki ,bütün topluma və millətə ,özündə yer verə bilə.hər hangi bir inanc ,özünə görə sayqiya dəyərdir.

Başqa bir baxişdanda ,diyər Türk ölkələrin dəstəyini qazanmaq istəsək belə ,buna saygimiz olmalidir,90% çox olan Musluman Türk milləti var və Güney Azərbaycanda (İran) olan Türk şiyi muslumanlarin əksinə ,diyər sünnü məzhəb muslimanlar dinə çox bağlidirlar və Türklüyü islamla birlikdə çox sevirlər.əslində buda xoş durum deyil ,çunki Türklük qanla və soyla gəlir ama din isə yox və təkcə bir inancdir və buda inkar edilməzdir ,ama yenədə ortada Türklük bağini dinsizliklə onlardan qoparmağimiz heçdə məntiqli deyil.bu əsasda(dinsizliği yayginlaştirmaqda) İran hakimiyyətinin və batinin çox böyük rolu vardir.Onlarin siyasətinə uymaq və bu oyunda oynamaq,dini açidan diyər Türk millətlərin dəstəyi olmaya bilər.

Millət üçün oyanış, içdən olmalı.

Aydin Təği oğlu.

Baxış: 504 | Əlavə edib: Oguzturk | Reytinq: 5.0/1
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Aprel 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
252627282930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz