Cümə, 26.04.2024, 00:48
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » Xəbər arxivi
"Savaş ruhu olmayan ulus, köləliyə nemət kimi baxar".Ceyhun Avşar.
Baxış: 334 | Əlavə edib: Oguzturk | Tarix: 12.09.2019 | Şərhlər (0)

İnancından yoğrulmuş,inancına sarılmiş,
İnancını qorumuş,inancını yüksəltmiş,
Tək Sənin önündə secdə etmiş, baş eymiş,
İnanc sancağın daşimiş,qübbələr dikmiş,
Bu ulusun adı-sanı Türkdür,Türk.
Ceyhun Avşar.
Baxış: 296 | Əlavə edib: Oguzturk | Tarix: 12.09.2019 | Şərhlər (0)

Deyin...Hara getdiniz
Atları kişləyənlər!
Qılıncı parlayanda,
Düşməni titrədənlər!

Yağıların,yadların,
Tapdağında qalmışıq.
Ruhumuz uçub sanki,
Qolu qandallanmışıq.

Nə olar qoy qayıtsın
Savaş ruhumuz geri.
Türkün adı dirilsin,
Məhv olsun düşmənləri!
Ceyhun Avşar
Baxış: 327 | Əlavə edib: Oguzturk | Tarix: 23.06.2019 | Şərhlər (0)

Əlini əlimə qoy,
Gözlərin gözümə baxsın,
Dodaqların danışmasın,
Ruhun Ruhuma qovuşsun.

Hər baxdıqca gözlərinə,
Sevgi sözü dilə gəlsin,
Toxunduqca əllərinə,
Ürəyin Ürəyim olsun.
Baxış: 323 | Əlavə edib: Oguzturk | Tarix: 05.06.2019 | Şərhlər (0)

Yorulur insan, yorulur,
İçindeki derd yükünden,
Yalan üzden, yalan sözden,
Nursuz baxışdan yorulur.

Yorulur insan, yorulur,
Udduğu bu havadan,
İnamı, güveni itmiş,
Boş ürerklerden yorulur.

Yorulur insan, yorulur,
Dinsiz-duasızlardan,
Yalanlara, eyrilere
Baş əyənlərdən yorulur.

Yorulur insan, yorulur,
Özü ola bilməməkdən.
Son mənzilə çata bilmir,
Yarı yoldaca yorulur.
Ceyhun Avşar
Baxış: 282 | Əlavə edib: Oguzturk | Tarix: 14.05.2019 | Şərhlər (0)

Dua qopar iman dolu üreklerden,
Söhbet açar Allahına içindeki dileklerden.
Öz adınla, qüdretinle qoru bizi,
Hikmetinle doğru yola yönelt bizi!
Sensen Adil, Sensen Qedir olan Allah,
Sensen Eziz, Sensen Sadiq olan Allah!
Ceyhun Avşar
Baxış: 293 | Əlavə edib: Oguzturk | Tarix: 14.05.2019 | Şərhlər (0)

Qoy səslənsin qolça qopuz,
Mənə tarixi danışsın.
Türk köle olmaz deyen
Oğuz Xaqanı danışsın.

Qırx çəriyle saray basan
Ulu Gürşadı danışsın.
Əcdadımı,kökənimi
Savaşı,hünəri danışsın.

Metə xandan,Göytürklərdən
Kökəndən,soydan danışsın
Qoy söyləsin Oğuz Xandan
24 Boydan danışsın.

Danışsın Türkün şanından,
Tarixə iz salmağından.
Qurduğu seltenetdən,
Dikdiyi bayraqdan danışsın.
Ceyhun Avşar
Baxış: 291 | Əlavə edib: Oguzturk | Tarix: 13.05.2019 | Şərhlər (0)

93-dən bu yana əzirsiniz milləti,
Soldurdunuz üzləri,acı doldu içləri,
Dərd,kədər içində qovrulur ürəkləri,
Taladınız,soydunuz gözəl Azərbaycanı!

Susdurdunuz haqlını,qandalladiz qolları,
Atdınız zindanlara,susdurdunuz dilləri,
Yalan-palan sözlərlə qapadınız gözləri,
Taladınız,soydunuz gözəl Azərbaycanı!

İşgəncə-zülm ilə sındırdınız milləti,
Soysuz-sopsuz manqurtla artırdınız zilləti,
Məhv etdiniz şərəfi,məhv etdiniz qeyrəti
Taladınız,soydunuz gözəl Azərbaycanı!

Böldünüz bölgələrə,səpdiniz pis zəhəri,
Üz-üzə qoydunuz neçə kəndi,şəhəri,
Qaldırdiniz ortadan əxlaq adlı dəyəri,
Taladınız,soydunuz gözəl Azərbaycanı!
Ceyhun Avşar.
Baxış: 280 | Əlavə edib: Oguzturk | Tarix: 13.05.2019 | Şərhlər (0)

Bu dünya bir karvan kimi,
Sıra-sıra düzer bizi,
Yaşadar,güldürer,ağladar
Torpağına gömer bizi.

Bu dünya bir qem süfresi,
Derd,qemile yükler bizi
Göz yaşında,derd yükünde
Zaman-zaman boğar bizi.
Ceyhun Avşar
Baxış: 333 | Əlavə edib: Oguzturk | Tarix: 28.04.2019 | Şərhlər (0)

Soyu olmayanın Özü olmaz,
Yolu olmayanın Sözü olmaz,
Davası olmayanın Çılesi olmaz,
Sevgisi olmayanın Üreyi olmaz,
Exlaqı olmayanın Temeli olmaz,
Xeyalı olmayanın Hedefi olmaz,
Menliyi olmayanın Şerefi olmaz,
Veteni olmayanın Bayrağı olmaz,
İmanı olmayanın Allahı olmaz,
İnancı olmayanın Quranı olmaz,
Emeli olmayanın Hesabı olmaz,
Duası olmayanın Xilası olmaz,
Sen bizi yaratdın,Sen qoru Allah!
Ceyhun Avşar.
Baxış: 303 | Əlavə edib: Oguzturk | Tarix: 28.04.2019 | Şərhlər (0)

« 1 2 3 4 ... 38 39 »
Təqvim
«  Aprel 2024  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz