Dəli bir şimşək tək çax Qarabağa.
Sarılıb boynuna bax Qarabağa.
Üç rəngli bayrağı tax Qarabağa.
Oyan türküm oyan, Boz qurdum oyan
Sahib çıx Ərdəbil, Təbrizimizə.
İrəvan, Göyçədən Salam var sizə.
Ayılın, düşməni çökdürək dizə.
Oyan türküm oyan, Boz qurdum oyan
Şəhidlərin ruhu eyləyir fəğan.
Əsirlər gözləsin bəs nəvaxtacan.
Ayılın, canım mənim, can Azərbaycan.
Oyan türküm oyan, Boz qurdum oyan
Dilində şəhadət qalx bu yuxudan.
Göstərib cəsarət, qalx bu yuxudan.
Nə olar, nəhayət qalx bu yuxudan.
Oyan türküm oyan, Boz qurdum oyan
Vətənsiz könlümdə xoş hallar olmaz.
Güllər bitən yerdə qanqallar olmaz.
Boz qurd olan yerdə çaqqallar olmaz.
Oyan türküm oyan, Boz qurdum oyan
Güney Azərbaycan qan içindədir.
Qərbi Azərbaycan ağır gündədir.
Qarabağın gözü yalnız səndədir.
Oyan türküm oyan, Boz qurdum oyan
...
Ardını oxu