Biri Vətənə canım dedi, Biri gözüm dedi, Biri şirin sözüm dedi, Hərə bir ad verdi, Hərə bir şeydə gördü Vətəni. Mən səni, ey qədim, müqəddəs torpağım, Azərbaycanım, nə canım, nə gözüm, nə sözüm, çağırıram. Vətənim! Vətənim!- deyə bağırıram. Canım bu gün var, Sabah yox. Gözüm bu gün var, Sabah yox. Sözüm bu gün var, Sabah yox, Sən isə həmişə varsan, ulu babalardan hələ doğulmamış, Ancaq doğulacaq kötükcələrə yadigarsan! Müqəddəs beşiyim Olmusan, Əbədi məzarım Olacaqsan mənim! Vətənim, Vətənim Vətənim!