HARAY,HARAY MƏN TÜRKƏM !!!
|
Əsas » 2011 » İyul » 16
Ana dili
Biz varıq varsa vətən, var isə doğma dilimiz
Öyrənib bilməlidir öz dilini ellərimiz
Ana tək candan əzizdir ana torpaq, ana dil
Hörmətin saxla yaşarkən analar qədrini bil
Vətənin kimliyidir, varlığının daş təməli
Kimliyin bayrağıdır hər balanın doğma dili
Ana dildir bəzəyən duyğuların oylağını
Süsləyən arzuları, sevgi sevincin bağını
Bülbül öz doğma dililə gülə söylər sözünü
Hər gül öz rayehəsilə tanıdar öz özünü
Ana dildir daşıyan laylaların can dadını
Ana dildir yaşadan evladının öz adını
Ana dildir elinin tarixi, aydın tanığı
Yurdunun, ölkəsinin, aynası sönməz çırağı
Ana dildə ananın sevgisi ətri dadı var
Ana dildə vətənin şanlı şərəfli adı var
İsmayıl Cəmili - Fevral 2006
|
Azadlıq Quşu .
Hərçənd qurtulmaq hələ yox darlığımızdan, Amma bir azadlıq doğulub varlığımızdan.
Varlıq nə bizim təkcə azadlıq quşumuzdur, Bir müjdə də vermiş bizə həmkarlığımızdan.
Bəh-bəh, nə şirin dilli, bu cənnət quşu tuti, Qəndin alıp ilham ilə dindarlığımızdan.
Dil açmada karlıq da gedər, korluğumuz da, Çün lalllığımız doğmuş idi karlığımızdan.
Düşmən bizi əlbir görə, təslim olur naçar, Təslim oluruq düşmənə naçarlığımızdan.
Hər inqilabın vur-yıxı son bənnalıq istər, Dəstur gərək almaq daha me'marlığımızdan.
Huşyar olasız, düşməni məğlub edəcəksiz, Düşmənlərimiz qorxuru huşyarlığımızdan.
Birlik yaradın, söz bir ola biz kişilərdə, Yoxluqlarımız bitdirəcək varlığımızdan.
Təbriz, İyun 1979.
|
|
|
Bizim sorğu
counter
Statistika
Online cəmi 1 Qonaq 1 İstifadəçilər 0
|
| | |