Cümə, 26.04.2024, 01:52
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » İyul » 11
MUXTARİYYƏTƏ LAYİQİK.

Yüz il olur ki, biz türklər rus qılıncı zorilə Rusiyaya tabe olmuşuq. Amma bu yüz ildə bəzi barədən istiqlaliyyətimizi əsla unutmadıq. Məsəla, bir xeyli rus dəftərxana və məhkəməsini tanımaq belə istəmədik. Aramızda baş verən çox işlərdə məsləhət yerimiz həmişə ağsaqqallar olurlar. Ağsaqqallar qanlıları barışdırırlar; bir-birindən incimiş ər-arvad arasında barışıq yaradırlar; iki adamın bir bir hadisədən zərər gördükdə zərəri təqsirkardan alınıb zərərdidəyə verilir. Böylə adətlər aramızda hökmdür. Rusiyada sud gördüyü işi bizlərdə qazı və ağsaqqallar görürlər.

Bunun səbəbi nədir? Bu degilmidir ki, bizim camaat öz milli işlərini özgə əlinə verməyi istəmir, baxın görək az vaxtadək camaatımız hökümət məktəblərinə nə nəzər ilə baxırdı. Uşaqlarını etbar edib, oraya göndərmirdi. Camaatımızın cəmi meyli öz milli idarəmizə və öz adamlarımızadır. Bu dəlil istəməz. İmdiyədək mədəni olmamağımıza səbəb Rusiyanın mərkəziyyət üzrə yapılmış idarəsi idi. ... Ardını oxu
Baxış: 550 | Əlavə edib: Oguzturk | Tarix: 11.07.2011 | Şərhlər (0)

QÜVVƏLİ İSTİQLAL.

Dünyada hər bir dövləti təşkil edən üç amildir: torpaq, millət və hakimiyyət. Bu gün Azərbaycanda bu üç amil mövcud olduğu üçün Azərbaycan müstəqil bir məmləkətdir. Lakin məmləkətlər arasında fərqlər çoxdur.

Məsələ, köhnə Avstriya-Macarıstan dövlətilə Almaniyanı müqayisə edək. Tövr-idarəsində başqa bu iki dövlətin əsl mahiyyətində böyük fərqlər görünür. Almaniyanın tam əksəriyyətini təşkil edən alman milləti olduğu halda Avstriya-Macarıstanda cürbəcürə millətlər yaşayırdı. Onun üçün səmaməti-mülkiyyə Almaniyada Avstriya-Macarıstadan çox idi.

Ola bilər ki, bir məmləkətdə daxili müsalimət çox millətlərin vücudi ilə də təmin olunsun. Bu halı Şimali Amerika cəmahiri-müthədəsində görürük. Dürlü millətlər vətəni olan bu cümhuriyyət ən sağlam bir idarəyə istinadən xoşbəxt yaşayır və xalqının rahat və istirahətini təmin edərək rəğbətini qazanır. Bunun səbəbi isə uca bir idarə, gözəl bir qanundur.

Bir tərəfdən ədalətli bir id ... Ardını oxu
Baxış: 459 | Əlavə edib: Oguzturk | Tarix: 11.07.2011 | Şərhlər (0)

AZƏRBAYCAN MUXTARIYYƏTI

AYILIN, TOPLAŞIN.

(Türk millətinə xitab)

Əsrlərlə qılınc zərbəsi ilə istila olunub, millətlərin qan və göz yaşları ilə bir-birinə bitişdirilən torpaqlar başsızlıq sayəsində məhv olub gedir. Şəddadın zülm ilə abad olmuş imarəti uçur., dağılır. Böyük ölkə bir-birinə dəyir: Rusiyanın qiyaməti qopur. Geniş bir dövləti mərkəz bir orta idarəyə qadir deyil. Hökümətə göndə bir adam daxil olur, biri çıxır. Sabit idarə yox, nizam yox, qayda yox, əmin-amanlıq yox. Güclü gücsüzü döyür, əzir və təhqir eləyir; abrı və namusu ara yerdə gedir. Başsızlıq gün-gündən ölkəni ağzına alır; nahaq qanlar tökülür, abadanlıqlar talan olunur.

Bu hal getdikcə şiddət eləyir və eləyəcək, aləm viran olur və olacaq. Rusiya hökümətindən cəm’i millətlər ümidini çəkib öz başını öz ətəkinə bükməyə başlayır. Rusiya millətləri hərə öz cəmiyyət və şuraları ilə idarə olunmağa üz qoyur, qoşun toplayırlar. Hər millət öz fərdini axtarıb tapır; əl-ələ ve ... Ardını oxu
Baxış: 499 | Əlavə edib: Oguzturk | Tarix: 11.07.2011 | Şərhlər (0)

Təqvim
«  İyul 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz