Cümə, 19.04.2024, 05:50
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » İyun » 02
GÜLÜSTAN

Azerbaycanın birliyi ve istiqlaliyyeti uğrunda çarpışan Settar xan,Şeyx Mehemmed Xiyabani ve Pişeverinin eziz xatiresine…

I-ci Hisse

İpek yaylığıyla o, asta-asta
Silib eyneyini gözüne taxdı.
eyilib yavaşca masanın üste
Bir möhüre baxdı, bir qola baxdı.

Kağıza hevesle o da qol atdı,
Dodağı altından gülümseyerek.
Bir qelem esrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tek.

Öz sivri ucuyla bu lelek qelem
Deldi sinesini Azerbaycanın.
Başını qaldırdı,
Ancaq dembedem
Kesdiler sesini Azerbaycanın.

O güldü kağıza qol çeken zaman,
Qıydı üreklerin hicran sesine.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciesine.

Eyleşib kenarda topsaqqal ağa,
Herden mütercime suallar verir.
Çevrilir gah sola, baxır gah sağa,
Başını yelledib tesbeh çevirir.
Qoyulan sertlere razıyıq ... Ardını oxu
Baxış: 2640 | Əlavə edib: Oguzturk | Tarix: 02.06.2011 | Şərhlər (0)

Hörümçek tor bağladı

Tariximiz danıldı,
Uydurma tarix ile kimliyimiz anıldı-
Öz kökünü bilmeyen gözü küllü bu millet
Zamanın yollarında her addımda yanıldıö
Uydurma tarix bizi anamızdan ayırıb,
Yad anadan alınmış belekde qundaqladı.
Özülümüz laxladı.
Bu xalqın tarixini düz bildiren, düz yazan
Tarix kitablarında hörümçek tor bağladı.
Kime deyek derdini bu dövranın, bu günün?
Vezifeye sümsenen,
Vezife kürsüsünün
Birinci pillesinde bu merkezden noxtalandı.
Kişiliyi vardısa, bu anda axtalandı…
Ürekdeki cesaret,
merdanelik,
deyanet
talandı,
tapdalandı.
Meğrur keçmişimizden üzüldü ellerimiz,
Şeref bildik özgeye qul olmağı yoxsa biz?
Her cüre zülmü udduq.
Köleliyi qazanıb, kişiliyi unutduq.
Vicdan, düzlük, heqiqet sürgün oldu bu yerden,
Yaltaqlıq ve xeyanet silahını yağladı.
Cesaret qılıncının ağzı düşdü kes ... Ardını oxu
Baxış: 494 | Əlavə edib: Oguzturk | Tarix: 02.06.2011 | Şərhlər (0)

Qəribə deyilmi?

QƏRİBƏ DEYİLMİ?
Qəribə dünyadır, bəzən baş yarır
Ayağın dəstəyi taxta çəliklər.
Bəzən qul sahibi qula yalvarır
Dünyanı fırladır qəribəliklər.
Dünya çalxalanır yenə dəniz tək.
Bu böyük dünyanın dərdini çəkmək
Bizəmi qalıbdır?
Vallah, nə deyim?
Sənə yox, mənəsə qalıb, neyləyim?

Qəribə deyilmi?
Sən sirr, mən də sirr.
Bu sirri bilmirik necə çözməli?
Kimi övladının dərdini çəkmir,
Kimi də xalqının dərdindən dəli!
Torpaq əldən getdi, ölkə talandı,
Sənin nə vecinə, günün ağ olsun.
Səninçün dünyada hər şey yalandı
Təki damağın çağ, canın sağ olsun.
Bu boyda millətin ağır günündə
Qaşını çatmaq da sənə əzabdır.
Qardaşın döyülsə gözün önündə
Deyərsən, nə hay-küy, nə şaphaşapdır?

Ayıra bilirsən xeyirdən şəri,
Mənfəət meydanı səninçin gendir.
Nə Vətən, nə millət?
Səndən ötəri
... Ardını oxu
Baxış: 452 | Əlavə edib: Oguzturk | Tarix: 02.06.2011 | Şərhlər (0)

MİLLƏTİM
Niyə bu günə düşdün
Ay mənim məmləkətim?
Özümə düşmən olub
Aşıb-daşan sərvətim.

Bir vaxt sən də xan idin,
Vaxta hökmüran idin,
Dövlətlər quran idin,
İndi sənə nə oldu
A qullaşan millətim?

Daşından da zər bitər,
Yeddi arxana yetər.
Dilənçidən beşbetər
Yoxsullaşan millətim.

Namusuyla, arıyla,
Keçdiyi yollarıyla,
Böyük oğullarıyla
Oğullaşan millətim.

Savaş hünərləriylə,
Qəhrəman ərləriylə,
Böyük zəfərləriylə
Nağıllaşan millətim.

Dəmir qıran dişiylə,
İgidlik vərdişiylə,
Öz şanlı keçmişiylə
"Sağollaşan" millətim.

Bu xalqın öz övladı
Öz-özünü ovladı.
Səbrini buxovladı
Səbri daşan millətim.

Necə dözdün bir belə
Müsibətə, müşkülə?
Çəkdiyi sitəm ilə
A yollaşan millətim?

Nə gündəsən, nə gündə?
Qor q ... Ardını oxu
Baxış: 444 | Əlavə edib: Oguzturk | Tarix: 02.06.2011 | Şərhlər (0)

Təqvim
«  İyun 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz